Azərbaycanda iki «07» qəzadan sonra bu hala düşdü - FOTO

Göyçayda iki nəfərin xəsarət alması ilə nəticələnmiş yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə gecə saat 23:00 radələrində Bakı-Şamaxı-Yevlax magistral yolunun 193-cü km-də Göyçay rayonu Qaraməryəm kənd ərazisində qeydə alınıb. Belə ki, İsmayıllı rayon Kürdmaşı kənd sakini 1990-cı il təvəllüdlü Anar Fərrux oğlu Novruzovun idarə etdiyi «VAZ 2107» markalı 10-RG-807 dövlət qeydiyyat nişanlı minik maşını ilə Yevlax istiqamətində hərəkətdə olarkən, qarşı tərəfdən gələn, Kürdəmir rayon Topalhəsənli kənd sakini 1969-cu il təvəllüdlü Yunus Bağır oğlu Bəkirovun idarə etdiyi «VAZ 2107» markalı 22-BE-451 dövlət qeydiyyat nişanlı minik maşını ilə toqquşub. Qəza zamanı hər iki sürücü müxtəlif dərəcləri ağır bədən xəsarətləri alıb. Yaralılar dərhal Göyçay Mərkəzi Rayon Xəsətəxansının (MRX) travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, hər iki sürücünün vəziyyəti orta ağırdır. Qəza nəticəsində hər iki avtomobil yarasız hala düşüb.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO

















