Azərbaycanda iki nəfərin öldüyü qəzada bir nəfər yoxa çıxıb - VİDEO - FOTO

Qəzalar 11 Sentyabr 2022 20:40 Oxunub 6280
Azərbaycanda iki nəfərin öldüyü qəzada bir nəfər yoxa çıxıb  - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gecə saatlarında Qubanın Qrız Dəhnə kəndi ərazisində, Quba-Xınalıq yolunun 37-ci km-də baş verən qəzada bir nəfərin itkin düşdüyü deyilir.

Avtosfer.az xəbər verir ki, Elxan adlı şəxsin qəza yerindən ayaqqabısı tapılıb.

FHN-in əməkdaşları həmin şəxsin axtarışlarını aparır. Quba rayon polis şöbəsi itkin düşən şəxslə bağlı konkret məlumat açıqlamır.

Qeyd edək ki, ötən gün Quba-Xınalıq yolunda baş verən qəzada "Niva" markalı avtomaşın hündür yüksəklikdən dərəyə aşıb.

Nəticədə sürücü, rayonun Küsnət Qazma kənd sakini, 34  yaşlı Valid Beydullayev və sərnişin, Qəçreş kənd sakini, 52 yaşlı İlham Əhmədov hadisə yerindəcə ölüblər.

Sıldırımdan yerə düşən avtomaşını hadisə yerindən çıxarmaq hələ mümkün olmayıb.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh