Azərbaycanda iki qadını maşın vurdu

Tovuz rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəza hadisəsi baş verib. Hadisə Əlibəyli yolunda qeydə alınıb. 55 yaşlı Şölə Rzayeva yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı ətrafdakıların köməyi ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Lənkəranda da yük maşını piyadanı vurub. Hadisə Ələt-Astara magistralının təxminən 203-cü km-də, Şilavar kəndindən keçən hissəsində baş verib. Şahidlərin bildirdiyinə görə, hadisə "Shacman" markalı yük maşını tərəfindən törədilib. İlkin araşdırmalar nəticəsində vurulan piyadanın Lerik rayon Cəngəmiran kənd sakini, 23 yaşlı Mehdiyeva Nigar Elçin qızı olduğu dəqiqləşdirilib. O, çörək almaq üçün həyat yoldaşının maşınından düşüb yolu keçmək istəyəndə yük maşını tərəfindən vurulub. Qəzanı törətmiş sürücü hadisə yerindən qaçıb. Onun kimliyi istintaqa məlum deyil. Ağır vəziyyətdə olan N.Mehdiyeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.
Hər iki faktla bağlı araşdırma aparılır.
Report
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO












