Azərbaycanda məktəb direktoru qəzada öldü - FOTO

Axşam saatlarında Qax-Şəki yolunun 1-ci km-də ölümlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az Report-a istinadən xəbər verir ki, Qax istiqamətində hərəkət edən "Niva" markalı minik avtomobili yol kənarında dayanmış traktorun arxa sol təkərinə çırpılıb. Nəticədə "Niva"da olan bir qadın sərnişin dünyasını dəyişib. Sürücü və digər bir sərnişin isə yaralanıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
***
Qax-Şəki yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb. Hadisə zamanı "Niva" markalı avtomobilin xəsarət alan digər qadın sərnişini də vəfat edib. Hadisə Şəki rayonu, 1953-cü il təvəllüdlü Göybulaq kənd sakini Firudin Ziyadxan oğlu Təhməzovun idarə etdiyi "99-HA-745" qeydiyyat nişanlı "Niva" markalı avtomobilin yol kənarında dayanan və 1986-cı il təvəllüdlü Qax sakini Muradov Ruslan Ümüd oğluna məxsus olan "62-T-177" qeydiyyat nişanlı "Traktor"a çırpılması nəticəsində baş verib.
***
Bu gün axşam saatlarında Qax-Şəki yolunun 1-ci km-də baş verən yol qəzasının təfərrüatları məlum olub. Qəza nəticəsində ölən 2 nəfərdən ana Səlihə Muradova və qızı Xanpəri Muradova olub. Xanpəri Muradova Qax rayon İlisu kəndində Nizami Gəncəvi adına orta məktəbin direktorudur. Ölənlər sürücünün həyat yoldaşı və qayınanası olublar.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












