Azərbaycanda qorxunc yol qəzası baş verdiı: 1 nəfər ölüb - FOTOLAR

Biləsuvar rayonunda vətəndaşlara məxsus "Qazel" markalı yük avtomobili, "Seat","Peugeot" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytından Avtosfer.az-a verilən məlumata görə, nəticədə "Peugeot" markalı avtomobilin sürücüsü Abdullayev Kamal Müştabə oğlu sıxılıb qalmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılmış və aidiyyati üzrə təhvil verib. Əməliyyat saat 14:03-də başa çatıb.
”Report” xəbər verirki, hadisə bu gün günorta saatlarında Ələt-Astara magistral yolunun 94-cü kilometrliyində qeydə alınıb. Belə ki, Cəlilabad rayonu Adnalı kənd sakini, 58 yaşlı Əlifağa Həsənağa oğlu İsayev idarə etdiyi “Qazel” markalı yükmaşını ilə Bakı istiqamətində hərəkətdə olarkən həmyerlisi, 32 yaşlı Vüsal Füzuli oğlu ibrahimovun idarə etdiyi “Mercedes” markalı avtomobilə, sonra Quba rayon sakini, 54 yaşlı Həmzə Bəxtiyar oğlu Ağayevin idarə etdiyi “Siat” markalı avtomobilə çırpılıb. Daha sonra Biləsuvar rayon sakini, 56 yaşlı Kamal Müctəba oğlu Abdullayevin idarə etdiyi “Peugeot” markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində ”Peugeot”-nun sürücüsü dünyasını dəyişib. “Qazel”in sürücüsü və onun oğlu, 28 yaşlı Elməddin Əlifağa oğlu İsayev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları, Salyan və Biləsuvar rayonlarının təcili yardım maşınları cəlb olunub. Xilasedicilər tərəfindən avtomobildə sıxılmış vəziyyətdə qalan meyit çıxarılaraq aidiyyati üzrə təhvil verilib. Yaralılar isə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına (RMX) çatdırılıb. Xəstəxanadan Elməddin İsayevin vəziyyətinin ağır olduğu bildirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Fərid
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO



















