Azərbaycanda yol qəzası 4 nəfərin həyatına son qoydu - VİDEO

Minik avtomobilinin yük maşını ilə toqquşması 4 nəfərin ölümü ilə nəticələnib. Ağır qəza Bakı-Şamaxı yolunun Qobustandan keçən hissəsində baş verib. Balakən sakini, 33 yaşlı Hacı Quliyevin idarə etdiyi minik avtomobili Qobustan sakini, 25 yaşlı Süleyman Süleymanovun idarə etdiyi yük maşını ilə toqquşub. Minik avtomobilində olan 3 nəfər sərnişin-Müşfiq Həsənov, eləcə də sürücünün xalaları - Sevil və Asimə Rzayevalar hadisə yerində ölüblər. Sürücü və bacısı, 31 yaşlı Ülkər Quliyeva isə ağır bədən xəsarətləri ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq Ülkər Quliyeva dünyasını dəyişib. Hacı Quliyevin vəziyyəti ağır olduğundan paytaxtadakı xəstəxanalardan birinə göndərilib.Yük maşınının sürücüsü isə xəsarət almayıb.Faktla bağlı araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












