Azərbaycanda yol qırğını: 12 ölü, 29 yaralı

İstirahət günlərində Azərbaycanda baş vermiş yol qəzaları nəticəsində 12 nəfər vəfat edib. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, şənbə günü ölkə yollarında ümumilikdə 8 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər vəfat edib, daha 12 nəfər isə ağır və orta ağır dərəcəli xəsarətlər alıb. Şənbə günü Şəkidə iki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb. Bakının Suraxanı rayonunda isə avtomobil ahıl qadını vurub öldürüb.
Bazar günü də ölkə yollarında baş vermiş qəzalar 6 nəfərin həyatına son qoyub. Həftənin son günü ümumilikdə 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu qəzalar nəticəsində daha 15 nəfər xəsarət alıb. Bazar günü Bakının Nərimanov, Sabunçu və Qaradağ rayonlarında, eləcə də Gəncə avtovağzalında və Balakəndə piyadalar yol qəzasının qurbanı olub. Tərtərdə isə iki avtomobilin toqquşması insan itkisi ilə nəticələnib.
Hər bir faktla bağlı araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












