Azərbaycanda yol qırğını: 6 ölü, 16 yaralı

Sentyabrın 6-da Azərbayacanda baş vermiş yol qəzaları nəticəsində 6 nəfər ölüb. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, dünən ölkədə ümumilikdə 14 ağır yol qəzası qeydə alınıb. Nəticədə vəfat edən şəxslərdən başqa daha 16 nəfər də xəsarət alıb. Samux rayonunda "Hyundai" markalı avtomobilin ağaca çırpılması nəticəsində 59 yaşlı iki kişi vəfat edib. Siyəzən rayonunda - Bakı-Quba yolunun 102-ci kilometrliyində Rusiya Federasiyası vətəndaşlarının olduğu "Hyundai Elantra"nın aşması nəticəsində isə dağıstanlı qadın dünyasını dəyişib, daha 3 nəfər isə xəsarət alıb.
Dünən baş vermiş və ölümlə nəticələnən yol qəzalarından üçü Bakıda baş verib. Xəzər rayonunun Qala qəsəbəsində "Chevrolet Aveo" 40 yaşlı kişini, Yasamal rayonu A.Abbasov küçəsində isə minik avtomobili 61 yaşlı kişini vurub öldürüb. Sabunçuda minik avtomobili ilə evakuatorun toqquşması nəticəsində isə 23 yaşlı qız vəfat edib, daha 4 nəfər isə yaralanıb.
Hər bir faktla bağlı araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












