Azərbaycanlı aktrisa ailəsi ilə qəzaya düşdü

ATV-də yayımlanan "Məryəm" serialının baş qəhrəmanı, gənc aktrisa Günəş Mehdizadə həyat yoldaşı ilə birgə avtomobil qəzasına düşüb. Avtosfer.az xəbər verir ki, bu barədə yenicag.az-a açıqlama verən aktrisa bildirib ki, həyat yoldaşı və uşaqları ilə birgə Gürcüstana istirahətə gedərkən ölümlə üz-üzə qalıblar:
"İstirahətə yollanmışdıq, hər şey burnumuzdan gəldi. Batumi yolunda həyat yoldaşımın idarə etdiyi avtomobil donuzla toqquşdu. Hava çox pis idi, yağış yağırdı, aşırımda qəfildən yolumuza iri bir donuz çıxdı. Təşviş içində qışqırdıq, amma gec idi. Donuz üç dəfə fırlandı. Yaxşı ki, ölmədi, qalxıb qaçdı. Avtomobilin sol tərəfi əzildi. Bizi Allah saxladı, ölümdən döndük".
Aktrisa maddi ziyana düşdüklərini deyib: "Avtomobilin bir tərəfi yoxdur; təsəvvür edin ki, o boyda donuzla toqquşan maşın necə olar".
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












