Azərbaycanlı gənc dayanacaqda maşınla insanları əzdi

Rusiyanın Moskva vilayətində 25 yaşlı Azərbaycan vətəndaşı “Hyundai” markalı avtomobillə ictimai nəqliyyat dayanacağında insanları vurub. Avtosfer.az Lent.az-a istinadla bildirir ki, hadisə Dolqoprudnı şəhərində, Lixaçev prospektində baş verib. Məlumata əsasən, sürücü saxlanılıb və izahat verib. Onun sözlərinə görə, yol-nəqliyyat hadisəsinə avtomobilin qəfil nasazlığı səbəb olub və buna görə o, nəqliyyat vasitəsinə nəzarəti itirib. Lakin hadisənin şahidləri tamamilə fərqli mənzərə təsvir edirlər. Onların sözlərinə görə, buna səbəb sürücünün aqressiv idarəetmə tərzi, zolaqdan zolağa xaotik şəkildə keçməsi və yağışdan sonra asfaltın yaş olmasıdır. Şahidlərin bildirdiyinə görə, avtomobil qəfil sağa-sola hərəkət edərək metal arakəsməyə çırpılıb, bundan sonra isə maşın fırlanaraq birbaşa dayanacaq köşkünə düşüb. Həmin anda köşkdə insanlar olub. Əsas zərbə skamyada oturan gənc cütlüyə dəyib. Dayancağın digər sərnişinləri isə vaxtında reaksiya verərək qaçıb və xoşbəxtlikdən xəsarət almayıb. Hazırda polis hadisənin bütün təfərrüatlarını araşdırır.
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var












