Azərbaycanlı Kiyevdə ölümlə nəticələnən qəza törətməkdə şübhəli bilinir

Sentyabrın 25-də Ukrayna paytaxtı Kiyevdə ölümlə nəticələnən yola qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Qoloseyevski rayonunda yüksək sürətlə hərəkət edən "BMW 523" markalı avtomobil "Chevrolet Tacuma" ilə toqquşub. Toqquşma nəticəsində "Chevrolet" bir neçə dəfə çevrilib, onun sürücüsü hadisə yerində ölüb, sərnişin - sürücünün həyat yoldaşı isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Toqquşma sonrası BMW yanmağa başlayıb, sürücü hadisə yerindən qaçaraq gizlənib. Qeyd olunur ki, şahidlər BMW-nin sürücüsünün azərbaycanlı Qafar Bağıyev olduğuna dair ifadə veriblər. Ukraynanın hüquq-mühafizə orqanları hazırda sürücünün kimliyini müəyyənləşdirmək və onu saxlamaq üzrə əməliyyat-axtarış tədbirləri həyata keçirirlər. İlkin məlumatlara görə, məhz o, yol hərəkət qaydalarını pozub.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












