Azərbaycanlı tələbə Türkiyədə qəzada həlak oldu: Sürücü saxlanıldı - FOTOLAR

Türkiyənin Samsun şəhərində Ondokuz Mayıs Universitetinin Stomatologiya fakültəsinin tələbəsi Nicat Kazımlı avtomobil qəzasında həlak olub. Avtosfer.az Konkret.az-a istinadən xəbər verir ki, həmyerlimiz motosikletlə hərəkətdə olan zaman təcili yardım maşını tərəfindən vurulub. Sinopdan gətirdiyi xəstəni Samsun Ondokuz Mayıs Universiteti Tibb Fakültəsi Xəstəxanasında düşürdükdən sonra geri qayıdan təcili yardım maşını yol qovşağında qırmızı işıqda keçib və qəzaya səbəb olub. 19 yaşlı gənc Tibb Fakültəsi Xəstəxanasına aparılsa da, onu xilas etmək mümkün olmayıb. Nicatın ölümünə bais olan sürücü Şakir Ü. hadisə ilə əlaqədar saxlanılıb və “ehtiyatsızlıqdan adam öldürmə” ittihamı ilə Samsun Prokurorluğuna göndərilib.
Qeyd edək ki, Nicat 3 uşaqlı ailənin sonbeşiyidir. O, ən yüksək balla Türkiyədəki universitetə daxil olmuşdu və artıq 3-cü kursda təhsil alırdı.



Gəncədə ağır qəza: Beş nəfər xəsarət alıb
Moped və velosiped sürən iki gənc qəzada ÖLDÜ - VİDEO
Tovuzda avtomobil AŞDI: Xəsarət alan var - FOTO
Piyadanı maşın vurdu, iş məhkəməyə düşdü - Bu dəfə sürücüyə cəza verilmədi
Bakı-Qazax yolunda "Lexus" "KamAZ"a çırpıldı - VİDEO
Bakıda “BYD” ilə toqquşan “Hyundai” səkiyə dırmaşdı - VİDEO
Faciəvi qəzada ölən yeniyetmənin FOTOsu
Bakıda minik maşını yük avtomobilə çırpıldı: ÖLƏN VAR
İki yük avtomobilinin toqquşduğu ərazidə hərəkət bərpa olundu - YENİLƏNİB
Bakıda iki avtomobil toqquşdu, yol nişanı aşdı - VİDEO
Masallıda minik avtomobili yük maşınına çırpıldı: Ölən var - VİDEO












