“Azərsu”yun sədr müavininin düşdüyü qəza ilə bağlı - RƏSMİ AÇIQLAMA+FOTO

Daxili İşlər Nazirliyi dünən Sumqayıt şəhərində “Azərsu” ASC-nin sədr müavini Teyyub Cabbarovun düşdüyü qəza ilə bağlı açıqlama verib. Avtosfer.az xəbər verir ki, mayın 2-də saat 15 radələrində Sumqayıt şəhərinin Z.Tağıyev qəsəbəsində Bakı şəhər sakini Rüstəm Haqverdiyevin idarə etdiyi “Toyota” və Qusar rayon sakini Rabit Əkbərovun idarə etdiyi “QAZ-3110” markalı avtomobillər toqquşub. “QAZ-3110” markalı avtomobildə yanğın baş verib. Nəticədə R.Haqverdiyevin sərnişinlərindən Adışirin Ələkbərov hadisə yerində ölüb, özü və 3 sərnişini, habelə R.Əkbərov xəstəxanaya yerləşdirilib, R.Haqverdiyev orada vəfat edib. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, qəzaya düşən sərnişinlərdən biri Teyyub Cabbarov “Toyota” markalı avtomobildə olub, o yüngül xəsarət alıb. Vəfat edən Adışirin Ələkbərov “Azərsu”nun “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini olub. Hadisə şahidləri “Qafqazinfo”ya dünənki dəhşətli qəzadan daha bir foto göndərib.

"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO










