Azyaşlı qızı avtomobil vurdu - Şamaxıda
Qəzalar
30 İyun 2017 08:02
Oxunub 779
Uşaq ağır xəsarət alaraq Bakıdakı xəstəxanalarından birinə yerləşdirilib
Şamaxının mərkəzi küçələrindən birində azyaşlı qızı avtomobil vurub.
Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə 2008-ci il təvəllüdlü Məmmədova Nərmin Rövşən qızı yolu keçmək istəyərkən baş verib.
Nəticədə N.Məmmədova ağır xəsarət alaraq Bakı xəstəxanalarından birinə yerləşdirilib.
Faktla bağlı Şamaxı rayon Polis şöbəsində araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR