Babək prospektində qəza: xəsarət alanlar var - VİDEO

Qəzalar 26 İyul 2024 22:30 Oxunub 484
Babək prospektində qəza:  xəsarət alanlar var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Babək prospektində qeydə alınıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən APA-ya verilən məlumata görə, bu gün saat 17:49 radələrində Xətai rayonu, Babək prospekti, Maşın bazarı ərazisindən avtomobilin aşması səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 1 nəfər şəxs (kişi cinsli) diz oynağının əzilməsi diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Hadisə ilə bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh