Babək prospektindəki qəza - Sürücü öldü - FOTO - YENİLƏNİB

Babək prospektində baş verən yol qəzasında sürücü ölüb.
Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilbi ki, "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Babək prospektində "Babək" körpüsü üzərində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Chevrolet Aveo" markalı minik avtomobilinin iştirakı ilə yol-qəza hadisəsi baş verib və vətəndaş deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan 1996-cı il təvəllüdlü Məmmədli Allahverdi Məmməd oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
***09:07
Xətai rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Qəza səbəbindən Mikayıl Əliyev küçəsi istiqamətində nəqliyyatın hərəkətinə qısa müddətlı məhdudiyyət tətbiq edilib. Hazırda mərkəz istiqamətində sıxlıq yaranıb.
Polis əməkdaşları tərəfindən nəqliyyatın hərəkətini bərpa etmək üçün zəruri tədbirlər görülür.
Üç maşın toqquşdu: “Hyundai” səkiyə çıxıb divara çırpıldı - VİDEO
Xətaidə diqqətsiz sürücü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Məktəbi bitirib ixtisas seçimini etmişdi; qəzada həyatını itirdi - FOTO
Qusarda "Ford Transit" azyaşlını vuraraq öldürdü - YENİLƏNİB
Kənar Dairəvi yolda təkəri çıxan yük maşını aşdı - VİDEO
Ağır qəza: “Opel” və “KIA” toqquşdu, bir nəfər yaralandı - VİDEO
Dünən yol qəzasında öldü; bu gün doğum günüdür - FOTO
Şəmkirdə 6 nəfərin ölümü ilə nəticələnən qəzanın TƏFƏRRÜATI - FOTO - VİDEO
Tovuzda maşın su kanalına düşdü - Ölənlər var - FOTO
Azərbaycanda futbolçuların həlak olduğu qəzanın ANBAAN GÖRÜNTÜSÜ - VİDEO
Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO











