Bağlı yola görə sürücünü döyüb yaraladılar - Xaçmazda

Xaçmaz rayonunda naməlum şəxslər taksi sürücüsünə xəsarət yetiriblər. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, gecə saatlarında dayanacaqda 41 yaşlı taksi sürücüsü İsmayıl Azayevin maşınına 2 nəfər sərnişin əyləşib. Sürücü ilə sərnişinlər arasında mübahisə yaranıb. Nəticədə tanımadığı şəxslər sürücüyə boyun nahiyəsindən kəsici alətlə xəsarət yetiriblər. Yaralı İ. Azayev dərhal Xaçmaz Rayon Mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Burada lazımi yardımdan sonra İsmayıl Azayev özünə gəlib.
Sürücünün dediyinə görə, mübahisəyə səbəb sərnişinləri ilə razılığa gələ bilməməsi olub. Maşına əyləşən şəxslər taksiyə gedəcəkləri yeri deyiblər. İsmayıl Azayev isə sərnişinlərə yolun bağlı olduğunu, gedə bilməyəcəyni çatdırıb. Sərnişinlərin kobud davranışı mübahisəyə gətirib çıxarıb. Nəticədə maşından enərək taksi sürücüsü İsmayılla əlbəyaxa olublar. Bu zaman onlardan biri kəsici alətlə İ. Azayevi yaralayıb.
Artıq Xaçmaz polisi taksi sürücüsünü xəstəxanalıq etmiş 2 nəfər Xaçmaz sakinini istintaqa cəlb edib. İlkin araşdırma nəticəsində İsmayıl Azayevə basqın edənlərin Xaçmaz sakinləri Aydın Paşayev və Tahir İsayev olmaları müəyyən edilib. Sürücüyə xəsarəti Aydın Paşayevin yetirməsi də məlum olub. A.Paşayev sürücüyə ülgüc ilə xəsarət yetirib.
Fakt istintaq bölməsində araşdırılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












