Bakı-Ağstafa qatarının daşa basılması faktı ilə bağlı cinayət işi başlanıb

Bakı-Ağstafa qatarının daşa basılması faktı ilə bağlı cinayət işi başlanıb. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Böyük kəsik-Bakı sərnişin qatarının Tovuz rayonu ərazisində xuliqanlıq zəminində daşa basılması və iki nəfırin xəsarət alması faktı ilə bağlı nazirliyin Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, yanvarın 22-si saat 23 radələrində Böyük kəsik-Bakı sərnişin qatarı Tovuz rayonu ərazisində hərəkətdə olarkən naməlum şəxs və ya şəxslərin xuliqanlıq zəminində daş ataraq qatarın bir neçə pəncərə şüşələrini sındırıblar.
Nəticədə 2 nəfər sərnişin yüngül xəsarət alıb.
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO












