Banner

Bakı-Astara yolunda qəza, ölən və yaralananlar var - VİDEO

Qəzalar 12 İyun 2022 17:58 Oxunub 3520
Bakı-Astara yolunda qəza, ölən və yaralananlar var   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı-Astara yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, “Ford Transit” markalı, 99-BR-994 dpvlət nömrə nişanlı avtomobillə “Hyundai Elantra” markalı, 10-TY-481 dövlət nömrə nişanlı maşın toqquşub. İdarəetməni itirən avtomobillər dəmir arakəsmələrə çırpılıb. Dəmirlərdən biri “Elantra”nın salonuna girib. Hadisə şahidlərinin sözlərinə görə ölən və yaralananlar var. Qəza yerinə AAYDA-nın əməkdaşları cəlb olunur. Görüntüləri təqdim edirik: 

Nərminə Əli
 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh