Dairəvi yolda maşın aşdı - Qadın pəncərədən yola düşüb öldü - DYP-dən VİDEO
Qəzalar 14 Mart 2023 14:27 Oxunub 13646
Dairəvi yolda maşın aşdı - Qadın pəncərədən yola düşüb öldü   - DYP-dən VİDEO

Bakı dairəvi avtomobil yolunda maşın aşıb, qadın ölüb. Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib. O bildirib ki, bu gün paytaxtın kənar dairəvi yolunun 4-cü km-də "KİA" markalı, 90-NE-840 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Seyidov Namiq Mirqasım oğlunun maşını yüksək sürətlə və kobud qayda pozuntuları törədərək idarə etməsi nəticəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Qəza zamanı sürücü yüngül xəsarət alıb, sərnişini, 1991-ci il təvəllüdlü Səbinə Məhərrəmova isə ölüb. "Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, təəssüflər olsun ki, yenə də bəzi sürücülər yüksək sürətin ölümə səbəb olduğunu belə ağır faciələr başlarına gəldikdən sonra anlayırlar", - DYP rəsmisi vurğulayıb. 
Faktla bağlı araşdırma aparılır.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Avtosfer.az-ın rəsmi səhifəsi (@avtosfer.az_official)


ŞƏRH YAZ
Ad

E-mail

Şərh