Bakı-Ələt yolunda qəza - VİDEO - YENİLƏNİB

Mayın 31-i saat 09:15 radələrində Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisindən keçən 64-cü kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə unikal-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.
Qeyd olunub ki, 90-SO-616 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Qazax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun sol hissəsindəki dəmir arakəsməyə çırpılıb.
Hadisə nəticəsində sərnişin, 1992-ci il Sənəm Axundova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü Südabə Əmirullayeva isə xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***16:11
Bakı-Ələt yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, qəza zamanı "Kia Cerato" markalı avtomobil dəmir arakəsməyə çırpılıb. Hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.
Əraziyə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları və təcili yardım briqadası cəlb olunub.
Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB
Türkiyədə azərbaycanlı qadın aşan TIR-ın altında qalaraq öldü - FOTO - VİDEO
Tormozu tutmayan “KamAZ” dərəyə aşdı - VİDEO
Bərdədə avtomobil eşşək arabası ilə toqquşdu - ÖLƏN VAR
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
Ağcabədidə qəzada ölən qardaşların FOTOsu
Helikopter qəzaya uğrayıb: ÖLƏNLƏR VAR - Bu ölkədə
Naxçıvanda maşın aşdı - ÖLƏN var - FOTO











