Bakı-Qazax avtobusu "Shagman"a girdi - Dəhşətli qəza - VİDEO - YENİLƏNİB

Qəzalar 6 İyul 2024 23:51 Oxunub 13732
Bakı-Qazax avtobusu "Shagman"a girdi - Dəhşətli qəza   - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Bakı-Qazax yolunda sərnişin avtobusunun "Shagman" markalı yük avtomobilinə çırpılması nəticəsində xəsarət alan olmayıb". 

Avtosfer.az xəbər verir ki, bu məlumatı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi polkovnik-leytenant Rövşən Tağıyev verib.

Məlumatda qeyd olunur ki, bu gün saat 21:00-da "Mercedes" markalı 10-TG-157 dövlət nömrə nişanlı avtobusun sürücüsü Bakı-Qazax yolunun 73-cü km-də idarəetməni itirərək, arxadan "MAN" markalı 77-XF-530 nömrə nişanlı yük avtomobilinə çırpılıb.

"Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır".

(oxu.az)

***

21:28
Bakı-Qazax yolunda dəhşətli qəza hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, Bakı-Qazax sərnişin avtobusu "Shagman" markalı yük maşınına çırpılıb. Hadisə zamanı xəsarət alanlar barədə məlumat yoxdur. Sərnişinlər yolda qalıb.
Qəza yerinə DYP əməkdaşları cəlb olunub.
Videonu təqdim edirik:

Könül

ŞƏRH YAZ
Ad

E-mail

Şərh