Bakı-Qazax yolunda ağır qəza: SÜRÜCÜ HƏYATINI İTİRDİ - VİDEO

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb. Qeyd olunub ki, hadisə nəticəsində bir nəfər həyatını itirib.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) fakt təsdiqlənib.
Qeyd olunub ki, sözügedən yol-nəqliyyat hadisəsi mayın 4-də saat 11 radələrində Bakı-Qazax avtomobil yolunun 58-ci kilometrliyində, Yenicə kəndi ərazisində baş verib.
"Belə ki, Ağdaş şəhər sakini, 1976-cı il təvəllüdlü Qürbət Fikrət oğlu Pirverdiyevin idarə etdiyi "Mercedes" markalı, 99-KL-835 dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Heydər Vahid oğlu Hüseygilin idarə etdiyi "Ford" markalı, 99-KE-282 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində Heydər Hüseygil hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












