Bakı-Qazax yolunda ağır qəza - Yük avtomobilləri toqquşdu - VİDEO - YENİLƏNİB

Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Kliniki Tibbi Mərkəzin birgə məlumatında bildirilir ki, martın 4-də saat 3:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Qaradağ postu ərazisindən çağırış qeydə alınıb.
"Çağırış ünvanına beş təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadaları tərəfindən altı nəfər (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda vurğulanıb./oxu.az
***09:24
Bakı-Ələt-Qazax magistral avtomobil yolunun Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən hissəsində yol-nəqliyyat qəzası baş verib və vətəndaşlar avtomobildə sıxılı vəziyyətdə qalıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes Atego” markalı yük avtomobilinin “Shacman” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. “Mercedes Atego” markalı yük avtomobilində vətəndaşlar müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə vətəndaşlar, 1972-ci il təvəllüdlü Məmmədov Namiq Xalid oğlu və 2000-ci il təvəllüdlü Babaşov Emil Ramiz oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB












