Bakı-Qazax yolunda qəza - VİDEO - YENİLƏNİB

Bakı-Qazax yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"İyunun 12-si saat Ağdaş rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bir nəfər (kişi cinsli) Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.
1998-ci il təvəllüdlü şəxsə sağ üzün və sağ topuğun sıyrılmış yaraları, döş qəfəsinin və bel fəqərəsinin əziyi diaqnozları təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil qiymətləndirilib".(oxu.az)
***11:23
Bakı-Qazax yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, iyunun 12-si saat 08:00-da Ağdaş rayonunun Ləki kəndi ərazisində "Mercedes-Benz" markalı yük avtomobili və traktor toqquşub.
Nəticədə traktorun sürücüsü 27 yaşlı Ucar rayon sakini Şamil Mahmudov xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
***10:06
Bakı-Qazax yolunda, Türyançay yaxınlığında qəza baş verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, qəza zamanı qoşqulu traktor aşıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Ölən və xəsarət alanlar barədə məlumat yoxdur.
Naxçıvanda avtomobil su kanalına aşdı - Bir ailənin 4 üzvü xəsarət aldı - ADLAR
Ələt-Astara magistralında TIR qəzaya düşdü - VİDEO
Yük və minik maşınları toqquşdu, sürücü öldü
“Nissan” “Ford”la toqquşub yandı – Yoldan keçən cütlük sürücünü xilas etdi - VİDEO
Gəncədə yol qəzası baş verib, biri körpə olmaqla üç nəfər xəsarət alıb - FOTO
Yolayrıcında qəza: “Mercedes” və “VAZ” toqquşdu - VİDEO
Yol polisi ölüm hadisəsinə görə xəbərdarlıq etdi - Kvadrisikli məsuliyyətsiz sürəndə... - FOTO
Qubaya istirahətə gedən Elçin kvadrosikl qəzasında öldü - FOTO
Prospektdə sürət həddini aşan “Opel” “Mercedes”lə toqquşdu - VİDEO
Yüksək sürət qəzaya səbəb oldu; avtomobil TIR-ın altına girdi - VİDEO
Qırmızı işığı saymayan sürücü ağır qəzaya səbəbə oldu – ANBAAN VİDEO










