Banner

Bakı-Qazax yolunda sürücü “KIA”nı ayırıcı səddə çırpdı - VİDEO

Qəzalar 25 Avqust 2025 11:30 Oxunub 1128
Bakı-Qazax yolunda sürücü “KIA”nı ayırıcı səddə çırpdı    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yevlax-Qazax yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza avqustun 25-də saat 08:00 radələrində Bakı-Qazax yolunun 223-ci kilometrliyində qeydə alınıb: “Belə ki, Cəfərov Yasir Yaqub oğlunun idarə etdiyi 90-GR-896 dövlət nömrə nişanlı “KIA Cerato” markalı avtomobil idarəetmədən çıxaraq ayrıcı səddə çırpılıb. Hadisə zamanı sürücü xəsarət almasa da nəqliyyat vasitəsinə maddi ziyan dəyib”.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh