Banner

Bakı-Quba yolunda AĞIR QƏZA - Bacı-qardaş ÖLDÜ - YENİLƏNİB

Qəzalar 2 Fevral 2026 10:06
Bakı-Quba yolunda AĞIR QƏZA - Bacı-qardaş ÖLDÜ   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı-Quba avtomobil yolunda baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, sözügedən hadisə fevralın 1-də saat 20:00-da Bakı-Quba-Rusiya sərhədi yolunun Siyəzən rayonu ərazisindən keçən 99-cu km-də qeydə alınıb.

"Sürücü 1998-ci il təvəllüdlü Fərid Ələddin oğlu Mirzəyevin "Chevrolet" markalı, 90-RY-234 dövlət nömrə nişanlı avtomobili Bakı istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə yol kənarında dayanan "Volvo" markalı yük maşınına çırpılıb. Nəticədə "Chevrolet" markalı avtomobildə olan sərnişinlər 2006-cı il təvəllüdlü Səma Cəmaləddin qızı Mirzəyeva və 2002-ci il təvəllüdlü Ramal Cəmaləddin oğlu Mirzəyev hadisə yerində həyatlarını itiriblər.

Xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir./oxu.az

***09:07

Bakı–Quba avtomobil magistralında ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Avtosfer.az report-a istinadən xəbər verir ki, magistralın Sumqayıt şəhəri ərazisindən - Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində iki avtomobil toqquşub.

Qəza zamanı 2006-cı il təvəllüdlü Mirzəyeva Səma Cəmaləddin qızı və onun qardaşı - 2001-ci il təvəllüdlü Mirzəyev Ramal Cəmaləddin oğlu hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

 

Oxunub 484
ŞƏRH YAZ
Ad

E-mail

Şərh