Bakı-Quba yolunda AĞIR QƏZA: Xəsarət alanlar var - VİDEO - YENİLƏNİB

Şabranda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirilib ki, iki nəfər (kişi) noyabrın 16-sı saat 19:30-da Şabran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Bir nəfərin müalicəsi Cərrahiyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən bir nəfər isə ambulator müalicə üçün evə buraxılıb".
***10:48
Bakı-Quba yolunda ağır yol qəzası baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə yolun Şabran rayonunun Gəndov kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, qəza zamanı yük maşını ilə minik avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.
Qəza yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
100 nömrəli avtobus Rəsulzadə qəsəbəsində yolayrıcında qəza TÖRƏTDİ - VİDEO
“20 Yanvar”da qəza - Motosikletçi öldü - FOTO
Azərbaycanda yol qəzalarında 500 nəfər ölüb
Siyəzəndə maşın "KamAZ"la toqquşdu - Ölən var
Xaçmazda AĞIR QƏZA: Ölən və yaralılar var
Bakıda turistləri daşıyan avtobus qəzaya düşdü: Yaralanan var
“BMW” “Qazel”ə çırpıldı, hər iki sürücü yaralandı - VİDEO
Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə dünyasını dəyişdi - FOTO
Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər - VİDEO - YENİLƏNİB
Şamaxıda yük maşını aşdı: 9 ton meyvə ətrafa dağıldı - VİDEO
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO












