Bakı-Quba yolunda iki maşın toqquşub, 5 nəfər xəsarət alıb

Bakı-Quba-Rusiya Federasiyasi yolunun Siyəzən rayonu, Gilgilçay qəsəbəsi ərazisində yol nəqliyyat hadisəsi baş verib. APA -nın verdiyi məlumata görə, "VAZ 21 09 " markalı avtomaşınla yük avtomobili toqquşub. Qəza nəticəsində minik maşınında olan 5 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlar - Şabran rayonu , Uzunboyad kənd sakinləri1977 -ci il təvəllüdlü Bağırova Elnarə Şakir qızı, 1955 -ci il təvəllüdlü Fərmanova Nadya Şıxcənnət qızı, 1980 -ci il təvəllüdlü Fərmanov Rahib Şakir oğlu, 2001 -ci il təvəllüdlü Bağırova Fidan Məmməd qızı və 1988 -ci il təvəllüdlü Fərmanova Minayə Qərib qızı Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. İlkin tibbi müayinədən sonra vəziyyətləri ağır olan E.Bağırova, N.Fərmanova və R.Fərmanov paytaxda yerləşən tibb müəssisələrindən birinə göndərilib. Digər iki nəfər isə ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












