Bakı-Quba yolunda ölən piyadanın kimliyi bəlli oldu

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, magistralın Şabran rayonu ərazisindən keçən hissəsində 40-45 yaşlı kişini maşın vurub. Hələlik ölən şəxsin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Hadisəni törədən sürücü də hadisə yerindən qaçıb. İlkin ehtimala görə, piyadanı yük maşını vurub.
Artıq Şabran rayonu ərazisində, körpünün üzərində avtomobillə vurularaq öldürülən şəxsin kimliyi məlum olub. Qəza zamanı ölən şəxsin 1979-cu il təvəllüdlü Sultanov Nazim Nizam oğlu olduğu müəyyənləşib. Şabran rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisədən sonra qəza yerindən qaçan sürücünü də tapmaq mümkün olub. Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Qasımov Fərid Aslan oğlu hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Onun hadisəni “DAF” markalı 90 OK 524 dövlət nömrə nişanlı avtomaşınla törətdiyi aşkarlanıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı










