Bakı-Quba yolunda qəza - 3 yaralı

Bakı-Quba-Rusiya Federasiyası magistral yolunun 110-cu kilometrliyində yol qəzası baş verib. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, hadisə yolun Siyəzən rayonundan keçən hissəsində qeydə alınıb. Siyəzən rayon sakini 1989-cu il təvəllüdlü Mais Sədrəddinov idarə etdiyi 53- BB- 437 dövlət nömrə nişanlı “Opel” markalı avtomobili ilə Quba istiqamətində hərəkətdə olarkən adı hələlik istintaqla müəyyən edilməyən sürücünün idarə etdiyi 10- SO- 099 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobillə toqquşub. Qəza nəticəsində 3 nəfər - Bakı şəhər sakini 1957-ci il təvəllüdlü Azər Qəribov, Siyəzən rayon sakinləri 1991-ci il təvəllüdlü Elvin Nəcəfov və Mais Sədrəddinov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Xəsarət alanlardan iki nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılsa da 25 yaşlı Elvin Nəcəfovun vəziyyəti ağırdır. Hazırda onun müalicəsi üçün Bakıdan həkimlər çağırılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO










