Bakı-Quba yolunda AĞIR QƏZA: Yük və minik avtomobilləri TOQQUŞDU - FOTO - YENİLƏNİB

Qəzalar 17 Aprel 2026 11:44
Bakı-Quba yolunda AĞIR QƏZA:  Yük və minik avtomobilləri TOQQUŞDU - FOTO   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 95-ci kilometrliyində, Quba istiqamətində baş verən yol-nəqliyyat hadisəsi bu gün saat 09:00-da qeydə alınıb".

Bu məlumat Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilib.

Qeyd olunub ki, "Mercedes" markalı, 99 SX 711 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Şahin Rafiq oğlu Tağıyev hərəkətdə ikən hələlik dəqiq bilinməyən səbəbdən idarəetməni itirib:

"Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq ayırıcı beton səddə çırpılıb və daha sonra qarşı hərəkət zolağına keçib. Bu zaman əks istiqamətdə hərəkətdə olan Ziya İsa oğlu Şıxvəliyevin idarə etdiyi 27 BR 502 dövlət qeydiyyat nişanlı VAZ markalı maşın qarşısına çıxan yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində VAZ-ın sürücüsü yüngül xəsarət alıb. Hadisə yerinə Dövlət Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar.

Qeyd edək ki, sözügedən yol-nəqliyyat hadisəsi zamanı asfaltın üzərində əyləc izi olmayıb. Bu isə belə bir ehtimal yaradır ki, yük avtomobilinin sükanı arxasında olan sürücü ya yuxulu, ya da hərəkət zamanı diqqətini yayındıran hansısa məşğuliyyəti olub. Hazırda faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi olaraq sürücülərimizi bir daha sükan arxasında diqqətli olmağa çağırırıq. Xüsusilə yük və sərnişin daşıyan sürücülərdən iş və istirahət rejiminə, sürət həddinə riayət etmələri və sükan arxasında diqqəti yayındıra biləcək amillərdən uzaq olmalarını, yorğun, yuxusuz, istirahətsiz maşın sürməkdən çəkinmələrini xahiş edirik"./oxu.az

***11:06

Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunda yük və minik avtomobilləri toqquşub.

Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, hadisə yolun 90-cı kilometrliyində, Siyəzən rayonu ərazisində qeydə alınıb.

Quba istiqamətində hərəkətdə olan yük maşını idarəetmənin itirilməsi nəticəsində beton maneələrə çırpılaraq yolun əks tərəfinə çıxıb. Bundan sonra qarışdıdan gələn “VAZ 21015” markalı avtomobillə toqquşub.

Qəza zamanı minik avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hər iki avtomobilə və yol təsərrüfatına ziyan dəyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

 

Bakı-Quba yolunda yük və minik avtomobilləri toqquşdu - FOTOLAR

Bakı-Quba yolunda yük və minik avtomobilləri toqquşdu - FOTOLAR

Bakı-Quba yolunda yük və minik avtomobilləri toqquşdu - FOTOLAR

  • Bakı-Quba yolunda yük və minik avtomobilləri toqquşdu - FOTOLAR

 

Oxunub : 176
ŞƏRH YAZ
Ad

E-mail

Şərh