Bakı-Şamaxı yolunda ağır qəza – 1 ölü, 2 yaralı

Bakı-Şamaxı yolunda bir nəfərin ölümü, 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Avtosfer.az kanals-ə istinadən xəbər verir ki, hadisə iyulun 11-də axşam saat 20:00 radələrində magistral yolun 108-ci kilometrliyində, Qobustan rayonunun “Acıdərə” adlanan ərazisində qeydə alınıb. 99-FT-702 dövlət nömrə nişanlı “Nissan” və 90-EX-685 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobilləri toqquşub. Hadisə zamanı “VAZ 2107” markalı minik avtomobilindəki sərnişinlər-Tovuz rayon sakini 1959-cu il təvəllüdlü Bayramova Südabə Bahadur qızı, bacısı 1958-ci il təvəllüdlü Bayramova Roza Bahadur qızı, 1979-cu il təvəllüdlü Şükürova Samirə Gülbala qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Südabə Bayramova aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












