Banner

Bakı-Sumqayıt yolunda ağır yol qəzası - "Mercedes" yandı - VİDEO

Qəzalar 14 Avqust 2025 18:18 Oxunub 1706
Bakı-Sumqayıt yolunda ağır yol qəzası - "Mercedes" yandı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı-Sumqayıt yolunda yanğınla nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) polis zabiti Sadıx Axundov məlumat verib.

O bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb:

"Bu gün səhər saat 07:15-də Bakı-Sumqayıt yolunun 16-cı kilometrliyində 77-NY-710 dövlət nömrə nişanlı "Mercedes E-Class" markalı avtomobilin sürücüsü Xeyrulla Elxan oğlu Axundov sağdan ötmə manevri etmək istəyərkən Ruslan Azadxan oğlu Mirzəyevin idarə etdiyi 77- SZ-645 dövlət nömrə nişanlı "Mercedes Sprinter" markalı yük avtomobilinə çırpılıb. Hadisə zamanı xəsarət olan olmayıb. Qəza nəticəsində "Mercedes E-Class" markalı nəqliyyat vasitəsinin ön hissəsi yanıb".

***

Bakı-Sumqayıt yolunda yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün səhər saat 7 radələrində qeydə alınıb. Belə ki, yol-nəqliyyat hadisəsi zamanı "Mercedes E-Class" markalı avtomobillə "Mercedes Sprinter" mikroavtobusu toqquşub. Hadisə nəticəsində "Mercedes E-Class" markalı avtomobili yanaraq yararsız hala düşüb.

Sözügedən hadisənin baş verdiyi yerdən görüntüləri təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh