Banner

Bakı-Sumqayıt yolunda iki yük avtomobili toqquşdu - VİDEO - YENİLƏNİB

Qəzalar 3 Dekabr 2025 12:00 Oxunub 862
Bakı-Sumqayıt yolunda iki yük avtomobili toqquşdu - VİDEO  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dekabrın 2-də saat 16:00-da Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Abşeron rayonundan keçən 14-cü kilometrliyində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Avtoqəza nəticəsində xəsarət alan var:

"1995-ci il təvəllüdlü Ceyhun Zahir oğlu Möhürovun idarə etdiyi "Scania" markalı 77-JN-865 dövlət qeydiyyat nişanlı avtomobil 1986-cı il təvəllüdlü Elvin Akif oğlu Üzeyirovun idarə etdiyi "Isuzu" markalı 99-JP-768 dövlət qeydiyyat nişanlı avtomobil və 1971-ci il təvəllüdlü Xanoğlan Nuru oğlu Nurməmmədovun idarə etdiyi "Mercedes-Benz Axor" markalı 77-KO-938 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Nəticədə "Isuzu" markalı yük avtomobilin sürücüsü Elvin Akif oğlu Üzeyirov xəsarət alıb".

***10:30

Bakı-Sumqayıt yolunun Xırdalan şəhərindən keçən hissəsində iki yük avtomobili toqquşub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, "Isuzu" markalı yük avtomobili hərəkətdə olarkən qarşısında olan digər yük maşını ilə toqquşub.

Zərbənin təsirindən "Isuzu" markalı nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.

Qəza nəticəsində xəsarət alanların olub-olmadığı hələlik məlum deyil.

Qeyd edək ki, aidiyyəti quruma sorğu ünvanlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh