Bakı-Sumqayıt yolunda “KIA” körpü dayağına çırpıldı - VİDEO
Qəzalar
1 Sentyabr 2025 14:00
Oxunub 1166

Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 31-də axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “KIA Sorento” markalı maşın yoldan çıxaraq körpünün dayağına çırpılıb. Hadisə şahidlərinin iddiasına əsasən, qəzaya səbəb sürücünün anidən idarəetməni itirməsi olub. Hadisə zamanı avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən sürücü xəsarət almayıb.
Qeyd edək ki, qəzadan sonra yolda uzun müddətli sıxlıq yaranıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














