Banner

Bakı-Sumqayıt yolunda minik avtomobili yandı - VİDEO

Qəzalar 15 Fevral 2021 09:51 Oxunub 1008
Bakı-Sumqayıt yolunda minik avtomobili yandı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunun Xırdalan şəhərindən keçən hissəsində avtomobil yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub. 

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Abşeron rayonunun Xırdalan şəhərində “Hyundai” markalı minik avtomobilinin yanar hissələri yanıb. 

Yanğın zamanı yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh