Bakı-Sumqayıt yolundakı qəzada yaralananlardan 5-i evə buraxıldı

Dünən səhər saatlarında Bakı-Sumqayıt yolunda “Ford” markalı mikroavtobusun ağır qəzaya uğraması nəticəsində xəsarət alan xəstələrdən 5-i bu gün səhər evə buraxılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 14 yaralıdan beşi bu gün səhər evlərinə buraxılıb. Hazırda xəstəxanada 9 yaralı müalicəsini davam etdirir. Bakı şəhər Kliniki Tibbi Mərkəzində müalicə olunan üç nəfərin vəziyyəti isə ağırdır. Qeyd edək ki, ötən gün Bakı-Sumqayıt yolunda baş verən yol qəzasında mikroavtobusda olan sərnişinlərdən 5 nəfər ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 18 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına, 3 nəfər isə Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












