Bakıda 2 qəza: yaralılar var - VİDEO

Avtosfer.az kəpəztv-yə istinadən xəbər verir ki, ötən gecə Bakıda iki yol nəqliyyat hadisəsi baş verib. Binəqədi rayonunda piyada vurulub, Xətai rayonunda isə yüksək sürət qəzaya səbəb olub. Bakının Binəqədi rayonunda yol nəqliyyat hadisəsi baş verib. Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində "Tofaş" markalı avtomobilin sürücüsü yolu keçmək istəyən piyadanı vurub. Xəsarət alan piyada - 21 yaşlı Ağgül Abdullayeva təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər piyadada kəllə-beyin travması və çoxsaylı sınıqların olmasını müəyyən ediblər. Hadisə yerində yol polis əməkdaşları olublar. Müayinələr aparılıb, ölçülər götürülüb. Avtomobil cərimə meydançasına aparılıb.
Digər bir yol qəzası isə Xətai rayonunda qeydə alınıb. Nobel prospekti ilə yüksək sürətlə hərəkətdə olan "QAZ 3110" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil bardürə dəyib. Sürət yüksək olduğundan avtomobil çevrilib və bir neçə metr sürüşüb. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb. Avtomobil yararsız hala düşüb.
Faktlarla əlaqədar başlanan araşdırmalar davam edir.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












