Bakıda 3 maşın toqquşdu, biri yandı

Bakı şəhəri, Suraxanı rayonunda sahibləri məlum olmayan “VAZ”, “BMW” və “OPEL” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol qəzası baş verib. Avtosfer.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, nəticədə, “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 21:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
Bakıda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Hövsan qəsəbəsində baş verib. İlkin məlumata görə, VAZ, BMW və “Opel” markalı minik avtomobilləri toqquşub. Toqquşma nəticəsində VAZ markalı avtomobil alışıb. Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib. 3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, qəza nəticəsində üç yaralı gətirilib. Bunlar Hakim Əkbərov, Nurəngiz Niyazova və onun qızı Esmira Niyazovadır. Onların toqquşan avtomobillərdən hansında olduğu hələlik məlum deyil. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Cavid
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












