Bakıda 3 maşın toqquşdu - FOTO

Paytaxtın Yasamal rayonunda zəncirvari yol qəzası baş verib. Avtosfer.az apa-ya istinadən məlumatına görə, qəza rayonun Şərifzadə küçəsində qeydə alınıb.
Belə ki, adıçəkilən küçə ilə hərəkətdə olan "BMW" markalı avtomobilin sürücüsü Zeynal Məmmədov işıqforun qırmızı işığında dayanan İsmayıl İsmayılova məxsus "Hyundai" markalı avtomobilə arxadan çırpılıb.
Qəza bununla da bitməyib. Zərbənin təsiri nəticəsində "Hyundai" qarşıda dayanan Cavid Əliyevin idarə etdiyi 39 saylı marşrut avtobusuna dəyib. Hadisə yerinə dərhal Yasamal Rayon DYP-nin əməkdaşları gələrək qəza ilə bağlı ilkin araşdırma aparıblar.
İlkin ehtimala görə, hadisəyə "BMW" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi səbəb olub. Qəza zamanı avtomobillər yararsız hala düşsə də , xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma davam etdirilir.




Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












