Bakıda 3 maşın toqquşdu - Ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az saytı xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zabrat-Maştağa yolunda baş verib. Dörd minik avtomobilinin toqquşması ilə nəticələnən qəza nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Yaralılar 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən xəbərə görə, onlardan birinin vəziyyəti ağır, üçünün vəziyyəti isə stabildir. Yaralılardan biri azyaşlı uşaqdır. Məlum qəza səbəbindən Zabrat yolunda tıxac yaranıb.
***
FHN-in yaydığı məlumatda qeyd olunur ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində “Vaz”, “Mercedes” və “Qaz” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “Vaz” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1972-ci il təvəllüdlü Elxan İlqar oğlu İbrahimovun cəsədini çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












