Bakıda 3 nəfərin diri-diri yandığı qəzanın şahidi danışdı - VİDEO

Səhər saatlarında Zığ yolundan hava limanına gedən istiqamətdə qəza baş verib. Qəza nəticəsində "VAZ-2104" markalı avtomobildə olan 3 nəfər yanaraq ölüb. Hadisə şahidlərinin verdiyi məlumata görə, "KİA" markalı avtomobil "VAZ-2104" markalı avtomobili arxadan vurub. Hadisə nəticəsində "VAZ-2104" markalı avtomobil alışmağa başlayıb. Avtosfer.az apa.tv-ə istinadən xəbər verir ki, hadisənin şahidlərindən Fikrət Ağammədov deyir ki, qəzaya səbəb "İkarus" markalı avtobus olub: "Gəldim gördüm ki, burada maşın yanıb. İçərisində 3 nəfər var idi. Üçü də yanmışdı. Sıxılmış vəziyyətdə qalmışdılar. Qəza olan kimi benzin bankından od tutub, yanıb. Məlumata görə, "İkarus" çaşdırıb "KİA"nın sürücüsünü, o da gəlib dəyib "VAZ-2104"ə. "KİA"da bir nəfər idi. O da sağ idi. Digərlərini isə xilas etmək mümkün olmadı". Qəzadan dərhal sonra hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. Yanğın nəticəsində "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü, 1973-cü il təvəllüdlü Gülağa Quliyev və sərnişinlər - 1973-cü il təvəllüdlü Elçin Sadıqov və onun qardaşı, 1968-ci il təvəllüdlü Namiq Sadıqov Səbbar oğlunun yanmış meyitləri xilasedicilər tərəfindən çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib. Digər avtomobil yanğından mühafizə olunub. Faktla bağlı araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












