Bakıda 3 piyada vurulub: sürücülərdən biri tutuldu

Bakının müxtəlif yerlərində piyadaların xəsarət alması ilə nəticələnən yol qəzaları baş verib. Avtosfer.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 17-də saat 21 radələrində Nəsimi rayonunun Azadlıq prospektində naməlum motosiklet sürücüsü yolu keçən Bakı şəhər sakini Elxan Həşimovu vurub. Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra E.Həşimov buraxılıb.
Oxşar hadisə Xətai rayonunda da baş verib. Fevralın 16-da saat 09 radələrində Xətai rayonunun H.Salmani küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Məmməd Rəhimov vurulub. Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra M.Rəhimov buraxılıb.
Suraxanı rayonunda isə piyadanı vurub qaçan avtomobili tapmaq mümkün olub. Belə ki, fevralın 17-də saat 08 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Ruslan Yetayev vurulub və o, xəstəxanaya yerləşdirilib. Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “Opel” markalı avtomobilin sürücüsü, paytaxt sakini Ağasəf Səfərov saxlanılıb.
Hər üç faktla bağlı araşdırma aparılır.
Emin
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO










