Bakıda 3 qadını avtomobil vurub

Bakıda 3 qadını avtomobil vurub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, piyada vurulması ilə nəticələnən hadisələr Nizami, Sabunçu, Xəzər rayonlarında qeydə alınıb. Belə ki, Nizami rayonu ərazisində, metronun "Koroğlu" stansiyasının yaxınlığında yolu keçən Ələkbərova Ərkinaz Nağı qızını "Opel" markalı avtomobil vurub. Hadisəni törədən sürücü yaralını xəstəxanaya yerləşdirib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir. Digər hadisə isə Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində qeydə alınıb. Xəlilova Sevda Ağabəy qızı qəsəbə ərazisində yolu keçmək istəyərkən onu minik avtomobili vurub. Qadın xəstəxanaya yerləşdirilib. Piyadanın xəsarət alması ilə nəticələnən daha bir hadisə isə Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb. 1964-cü il təvəllüdlü Abdullayeva Mülayim Əsgər qızı yolu keçərkən onu minik maşını vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Hər üç faktla bağlı araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












