Banner

Bakıda 4 avtomobil toqquşub, yaralananlar var - FOTO - VİDEO

Qəzalar 6 İyun 2022 10:00 Oxunub 1610
Bakıda 4 avtomobil toqquşub, yaralananlar var - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının Nizami rayonunda ağır yol-nəqliyyatı hadisəsi baş verib .

Avtosfer.az xəbər verir ki, qəza Babək prospektində qeydə alınıb.

“Hyundai” markalı maşının sürücüsü işıqforla tənzimlənən yol ayrıcından keçərkən əvvəlcə “Daewoo”, daha sonra “Toyota” və “Mercedes” markalı avtomobillərə çırpılıb. Qəza nəticəsində 4 avtomobil yararsız hala düşüb. ”Hyundai” markalı avtomobilin sürücüsü (hələlik ad və soyadı məlum deyil) və sərnişini Fərəcova Sarabəyim Rəhim qızı ağır bədən xəsarətləri alıb. Yaralılar 3 nömrəli Sabunçu xəstəxanasına yerləşdirilib. Əraziyə Nizami Rayon Polis İdarəsinin və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Sürücülərin izahatı alınıb. Hadisənin dəqiq səbəbləri müşahidə kameralarının qeydə aldığı görüntülərə baxıldıqdan sonra məlum olacaq.

Deformasiyaya uğrayan avtomobillər evakuator vasitəsilə cərimə meydançasına aparılıb.

APA 

Bakıda 4 avtomobil toqquşub,  yaralananlar var  - FOTO  - VİDEO Bakıda 4 avtomobil toqquşub,  yaralananlar var  - FOTO  - VİDEO Bakıda 4 avtomobil toqquşub,  yaralananlar var  - FOTO  - VİDEO

ŞƏRH YAZ
Ad

E-mail

Şərh