Bakıda 4 avtomobili vurub piyadanı öldürən qadın sürücünün cəzası azaldılıb

Bakı Apellyasiya Məhkəməsində ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Samirə Tofiq qızı Yusubova barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məkəmə prosesi başa çatıb.
Avtosfer.az “report”a istinadən xəbər verir ki, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, S.Yusubovanın cəzası 1 il azaldılaraq, 7 ildən 6 il müddətinə endirilib.
Qeyd edək ki, ölümlə nəticələnən zəncirvari yol qəzası ötən il mart ayının 9-da Binəqədi rayonunun Ə.Naxçıvani küçəsində baş verib. Gürcüstan vətəndaşı S.Yusubovanın idarə etdiyi "Toyota" və Bakı şəhər sakini Həsənağa Məmmədovun idarə etdiyi "VAZ-21011" markalı avtomobillər toqquşub. Qəzadan sonra idarəetməni itirən S.Yusubova avtomobilini yolun kənarında dayanmış İntiqam Xəlilova məxsus "Hyundai", Kamil Məmmədova məxsus "BMW" və Göyçay rayon sakini Seymur Vəliyevə məxsus "KİA" markalı avtomobillərə çırpıb. Bundan sonra hadisə yerinin yaxınlığından keçən Abşeron rayon sakini Şöhrət Orucovu vurub. Xəstəxanaya yerləşdirilən Ş.Orucov orada ölüb. Hadisədən sonra S.Yusubova həbs edilib.
O, Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.
Bu il yanvar ayının 19-da Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə S.Yusubova 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












