Banner

Bakıda 40 dəqiqə tıxaca səbəb olan dəhşətli qəzanın VİDEOsu

Qəzalar 4 Fevral 2021 23:05 Oxunub 1686
Bakıda 40 dəqiqə tıxaca səbəb olan dəhşətli qəzanın VİDEOsu
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün paytaxtın Azadlıq prospektində üç avtomobilin toqquşması ilə nəticələnən qəzanın görüntüləri sosial şəbəkədə yayılıb. Avtosfer.az">Avtosfer.az texniki cəhətdən nasaz vəziyyətdə olan "Vaz" markalı avtomobil tunelin çıxışında dayanan zaman arxadan sürətlə gələn "Hyundai" markalı avtomobilin sürücüsü "Vaz" markalı avtomobillə toqquşmamaq üçün sola manevr edib. Bu zaman arxadan gələn 10-AA-967 qeydiyyat nişanlı "BMW" markalı avtomobillə toqquşma baş verəcəyini görərkən yenidən sağa manevr edərək maşını "Vaz" markalı avtomobilə çırpıb. Nəticədə sürücü və avtomobildə olan iki qadın, eyni zamanda "Vaz" markalı avtomobilin sürücüsü xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsində araşdırılma aparılır. Qeyd edək ki, qəza səbəbindən tuneldə 1 saata yaxın tıxac yaranıb.

Bildiririk ki, son günlər yollarda texniki cəhətdən nasaz olan avtomobillərin məcburi dayanması nəticəsində yaranan tıxacların videosu Bakı Nəqliyyat Agentliyi tərəfindən yayılır.
Eyni zamanda Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək avtomobili saz vəziyyətdə saxlamaları və texniki cəhətdən nasaz avtomobillə yola çıxmamaları barədə tövsiyələr verir.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh