Bakıda 6 avtomobil toqquşub, yaralananlar var - FOTO

Bakının Xətai rayonunda 6 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Avtosfer.az "Report"a istinadən xəbərinə görə, hadisə rayonun Mehdi Mehdiyev küçəsi ilə Fəzail Bayramlı küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, F.Bayramlı küçəsi ilə hərəkət edən "Audi" markalı 10 - LV - 879 dövlət nömrə nişanlı avtomobil M.Mehdiyev küçəsi ilə hərəkət edən "Daewoo Nexia" avtomoblinin yoluna çıxaraq qəza törədib. "Daewoo Nexia" avtomobil yolun kənarında olan "Mazda"ya, "Mazda" iki "Mercedes" avtomobilinə çırpılıb. Qəzaya uğrayan avtomobillər daha bir "Daewoo Nexia" markalı avtomobilə də çırpılıb. Hadisə nəticəsində "Audi" və "Daewoo Nexia" avtomobillərinin sürücüləri xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib. Avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparırlar.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO























