Bakıda 61 yaşlı kişini maşın vuraraq öldürüb

Ötən gün saat 16 radələrində pytaxtın Suraxanı rayonu ərazisində, Hövsan yolunda piyadanın vurulması ilə nəticələnmiş yol qəzası qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 1956-cı il təvəllüdlü Abbasquliyev Əşrəf Şükür oğlunu avtomobil vurub. Yaralı açıq kəllə-beyin travması xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirib. Avtosfer.az xəbər verir ki, bu barədə xəstəxanadan salamnews-a verilən məlumata görə, həkimlərin səylərinə baxmayaraq 61 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Suraxanı rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı Suraxanı rayon Polis idarəsində cinayət məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən sürücü izahatı alınmaq üçün rayon polis idarəsinə aparılıb, avtomobil isə cərimə meydançasına yerləşdirilib.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












